Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya ilə Finlandiya arasındakı münasibətlər bərpa olunacaq – AÇIQLAMA

103 Baxış

Rusiya-Ukrayna müharibəsi fonunda öz təhülkəsizliyini təmin etmək üçün NATO-ya üzv olmaq istəyən Finlandiya Rusiyanın sərt üzünü gördü.

Belə ki, “Qazprom” şənbə günü Finlandiyanın dövlət enerji şirkəti “Gasum”a rublla ödəniş edilməməsi səbəbindən qazın tədarükünün tamamilə dayandırıldığını təsdiqləyib.

Bəs görəsən Finlandiya Rusiya qazını nə ilə əvəz edəcək? Rusiyanın qaz satmaqdan tamamilə imtina etməsi bu ölkə üçün hansı risklər formalaşdırır?

Turanmedia.az xəbər verir ki  mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Finlandiya alternativ enerji mənbələrinə üz tutacaq:

“Finlandiya NATO-ya üzvlük üçün müraciət etməzdən əvvəl özünü Rusiyanın bütün təzyiq ssenarilərinə hazırlayıb. Daha əvvəl Rusiya İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı müraciət edəcəkləri təqdirdə sərt cavab verəcəyini bildirmişdi. Əslində bu sərt reaksiya enerji ilə bağlı olan məsələ idi. Finlandiya uzun illərdir dövlətçilik ənənəsi formalaşan və gələcəyi proqnozlaşdırmağı bacaran Avropa ölkəsidir. Nəzərə almaq lazımdır ki, Finlandiya digər bərpa olunan enerji mənbələrindən istifadə edə bilər və bu dövlət üçün hazırda Rusiya qazı o qədər də əhəmiyyətli deyil”.

Politoloq fikirlərinə belə davam edib:

“Finlandiyanın dövlət enerji “Gasum” alternativ mənbələrdən istifadə edəcəyini açıqlayıb. Digər tərəfdən Finlandiya ilə Estoniya arasında qaz xətti mövcuddur. Düşünürəm ki, qazdan az istifadə edən Finlandiya üçün bu məsələ ciddi risk daşımır. Lakin hesab edirəm ki, bu dövlətin NATO-ya üzvlüklə bağlı rəsmi müraciət etməsinə baxmayaraq növbəti aylarda Rusiya ilə münasibətləri düzələ bilər. Çünki iki dövlət arasında uzun illər yaxşı münasibətlər olub”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678