Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kalın: “Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olundu”

84 Baxış

Qarabağ problemi Azərbaycan-Türkiyə birliyi ilə həll olunub.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

“Ermənistanla niyə 1992-ci ildə sərhədləri bağladıq? Qarabağın işğalı ilə əlaqədar. İndi şərtlər dəyişib.

Azərbaycan-Türkiyə bir araya gəldi, Qarabağ azadlığa qovuşdu, Ermənistanla münasibətləri normallaşdırma prosesinə başladıq. Azərbaycan və Türkiyənin birliyi ilə problem həll olundu”, – Türkiyə Prezidentinin sözçüsü vurğulayıb.

İbrahim Kalın rəsmi Ankaranın İrəvanla münasibətlərindən də danışıb.

“Hazırda Ermənistanla sürətli normallaşma prosesini yaşayırıq. Problemləri həll edərək irəli getməlisən”, – Türkiyə liderinin rəsmi nümayəndəsi vurğulayıb.

İbrahim Kalın xatırladıb ki, Türkiyə müəyyən problermlərlə, o cümlədən jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə də 3 il diplomatik münasibətlər qurmayıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678