Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı yaxın günlərdə Qərblə saziş imzalayacaq

89 Baxış

İspaniyanın EFE agentliyi, “swissinfo.ch” saytının (İsveçrə ictimai teleradioyayım korporasiyası / SRG SSR beynəlxalq onlayn platformasının) SWI ispandilli versiyası “Azərbaycan yaxın günlərdə Avropa İttifaqı ilə enerji təhlükəsizliyi barədə saziş imzalayacaq” sərlövhəli məqalə dərc edib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, həmin nəşrlər Azərbaycan Prezidentinin bu sözlərini sitat gətirir:

“Yaxın günlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanacaq, bu sənəd bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıracaq”.

İspandilli nəşrlərdə qeyd edilir ki, İlham Əliyevin bu bəyanatı Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin bazar ertəsi Azərbaycana səfəri barədə xəbərlə üst-üstə düşür.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov keçən ay bildirib ki, bu il Azərbaycandan Avropaya 10 milyard kubmetrdən çox qaz nəql ediləcək.

2021-ci ildə Azərbaycandan 22 milyard kubmetr qaz ixrac edilib, bunun 8,2 milyard kubmetri Avropaya göndərilib. Hazırda Azərbaycan Gürcüstana, Türkiyəyə və Avropaya, o cümlədən İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixrac edir.

EFE və SWI nazir P.Şahbazovun sözlərinə istinadla bildirirlər ki, qısamüddətli perspektivdə Azərbaycan hökumətinin prioriteti Balkanlara qaz göndərmək imkanına malik olmaq üçün ixracın infrastrukturunu genişləndirməkdir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678