Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan XİN Rusiya səfirliyinin notasına CAVAB VERDİ

139 Baxış

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin notasına cavab verib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə infoteka24-ə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, İrəvan Rusiya səfirliyinin notasına müəyyən edilmiş qaydada cavab verib.

Nazirlik qeyd edib ki, notanın məzmunu daxili diplomatik yazışmaların tərkib hissəsidir və bu səbəbdən Xarici İşlər Nazirliyi onun mətninin dərcini düzgün hesab etmir.

Xatırladaq ki, avqustun 14-də İrəvanda “Surmalu” ticarət mərkəzində baş verən partlayışdan sonra Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə bəzi KİV və siyasi qüvvələrin hadisədə Rusiya xüsusi xidmət orqanlarını günahlandırdığına dair iddialarla etiraz notası göndərib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678