Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bizdə normal hökumət olsaydı, Bakının bəyanatlarına cavab verərdi – Tavenyan

71 Baxış

Bizdə normal hökumət olsaydı, Bakının bəyanatlarına cavab təşəbbüsü ilə çıxış edərdi.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu fikiri “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan səsləndirib.

O, bildirib ki, Ermənistanda Azərbaycanın bəyanatlarının cavabsız qalması hakimiyyətin oyun qaydasına çevrilib.

“ER Milli Assambleyası dekabrın 2-də növbədənkənar iclas keçirəcək, təşəbbüs müxalifətin “Hayastan” fraksiyasına məxsusdur, məqsəd məhz Bakının bəyanatlarına cavab verməkdir” – deyə Tevanyan bildirib.

“Ermənistan” fraksiyasının deputatının məntiqsiz açıqlamasına görə, Azərbaycan Ermənistanla yenə ultimatumlar, şantajlar və təhdidlər dili ilə danışır.

“Təhlükəsizliyimizə təhdid yaradan tələblər irəli sürülür, bizim üçün qəbuledilməz olan ifadələr işlədilir. Bütün bunları cavabsız qoymaq ən azı razılıq və ya qorxu əlamətidir”, – deyə Tavenyan bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678