Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin Nikol Paşinyanın öldürülməsinə göstəriş verə bilər – ŞOK DETALLAR

82 Baxış

“Kreml dünya terrorizm mərkəzi adını doğrultmalıdır”. Bu fikiri blogger Aleksandr Nevzorov səsləndirib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Erməni analitik Razmik Akopjanyan isə öz məqaləsinə məhz bu cümlələrlə başlayır: “Məşhur və tez-tez təkrarlanan “demokratiya təhlükədə” ifadəsi indi həmişəkindən daha aktualdır. Ermənistan isə birbaşa təhlükə altındadır. Təhlükə həm baş nazir Nikol Paşinyan, həm də dövlətimiz üçün mövcuddur”.

Daha sonra erməni analitik Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Yevgeni Fedorovun çox hədələyici bəyanatla çıxış etdiyini xatırladır: “Ermənistan geosiyasi baxımdan dalana dirənmiş ölkədir. Onun yaşaması Rusiyadan asılıdır. Ermənistan qanunla SSRİ-dən çıxmayıb. Yəni bu, qeyri-qanuni ictimai qurumdur. Bununla bağlı hərəkətə keçməliyik”, – rusiyalı deputat deyib.

“Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenkonun ölkəmizə səfəri ilə bağlı İrəvanda keçirilən etiraz aksiyalarına Fedorov belə münasibət bildirib. Bu etirazlar zamanı bütün dünya Avropa İttifaqının və Ukraynanın çoxlu sayda bayraqlarını gördü. Yəni Ermənistanın kimin tərəfində olduğu göstərildi. Təbii ki, Kreml dərhal Fedorova və digər tənqidçilərinə “vur” əmrini verdi. Daha sonra hamı Nikol Paşinyanın cəsarətli addımını gördü. O, açıq şəkildə KTMT sammitinin yekun bəyannaməsini, eləcə də təşkilatın Ermənistana kollektiv yardım göstərilməsi haqda qətnaməsini imzalamadı. Bununla da Putin və Lukaşenkonun planlarını açıq şəkildə alt-üst etdi. Putin və Lukaşenkonun reaksiyasını hamımız gördük. Rusiya prezidentinin reaksiyasını xatırlamaq xüsusilə vacibdir. Lukaşenka İrəvanda Putinin ona tapşırdığı rolu oynadı. Nəticədə fiziki olaraq sağ qaldı. Amma Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Vladimir Makeyin “qəfil ölümü” haqda tam fərqli nüanslar mövcuddur. Makeyi Lukaşenkonun mümkün varisi adlandırırdılar. O, Rusiyanın birbaşa və sərt təsiri altında olmayan bir neçə nəfərdən biri idi. Britaniyanın “The Daily Mirror” nəşrinin məlumatına görə, Vladimir Makey Ukrayna münaqişəsi ilə bağlı “gizli danışıqlardan” sonra dünyasını dəyişib. Britaniyalılar vurğulayırlar ki, Makey “rəsmi Minsklə Qərb arasında yeganə kommunikasiya kanalı” olub. Vladimir Makeyin müəmmalı şəkildə ölümü Papanın elçisi Ante Yoziçlə Ukraynada müharibəyə son qoymaq üçün gizli sülh planını müzakirə etməsindən bir gün sonra baş verib. Deməli, onlar açıq şəkildə etiraf edirlər ki, Putin Rusiyasının ölümcül qucağından hansısa yolla xilas olmaq cəhdləri siyasətçilərin fiziki məhvi ilə nəticələnir. Və mən inanıram ki, Putin bununla Lukaşenkoya aydın siqnal göndərdi – Ukraynada hər şeyi mənim dediyim kimi etməsəniz, növbəti qurban siz olacaqsınız” – erməni analitik prosesləri bu cür şərh edir.

“Tamamilə aydındır ki, Putin Nikol Paşinyanın fiziki cəhətdən məhv edilməsi planını hazırlayır. Kremlin bütün təbliğatçıları demək olar ki, açıq şəkildə buna çağırışlar edirlər. Deputat Fedorov kimi şəxslər bütövlükdə Ermənistanı təhdid edir. Deməli, Qərb erməni dövlətçiliyini, erməni demokratiyasını qorumağa borcludur. Çünki, onlar ölümcül təhlükədədirlər” – deyə Razmik Akopjanyan fikirlərini tamamlayır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678