Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fransa Bakıya hücum etdi – Sərt CAVAB ALACAQ

99 Baxış

“Fransalı parlamentarilərin 25 noyabr 2020-ci ildən 15 noyabr 2022-dək qəbul etdiyi hər üç qətnamənin məqsədi Azərbaycana təzyiqdir”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, siyasi analitik İqor Korotçenko deyib. Söhbət həm iqtisadi, həm də siyasi təzyiqdən gedir:

“Bununla da, Bakının Qarabağdakı separatçılarla bağlı mövqeyini dəyişməyə çalışırlar. Qətnamələrin reallığa çevrilməsi isə ona görə mümkündür ki, erməni lobbisi hakim elitaya təsir gücündədir. Ümumilikdə Fransa Cənubi Qafqazdakı situasiyanı gərginləşdirmək istəyir. Yəni Paris İrəvanı yeni toqquşmalara sürükləyir. Bu isə Azərbaycanla yanaşı, Rusiya və Türkiyəyə qarşı yönəlmiş böyük siyasi oyundur”.

Korotçenko əlavə edib ki, Fransa Afrikadakı koloniya siyasəti dövründə də destruktiv mövqeyi ilə yadda qalıb. İstila dövründə təbii resurslar məhv edilirdi:

“Ermənilər isə Azərbaycan torpaqlarını işğalda saxladığı müddətcə eyni addımları atıblar. Yəni stil və metodları oxşardır. Düşünürəm ki, bu təsadüf deyil. Paris və İrəvanın hərbi-siyasi yanaşması eynidir”,- deyə Korotçenko şərhini tamamlayıb.

Ümumiyyətlə, Parisin öz iştirakı ilə Praqadakı razılığı pozması, fransalı deputatların Qarabağla bağlı xorenlik etməsi, Makronun “dabanyalayan eşqi” – Paşinyana görə anti-Azərbaycan mövqeyi cavabsız qalmayacaq. Prezidentin “bacılar” adlandırdığı bu iki ölkənin zorlanmayacağı korlanmayacağı anlamına gəlməz.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678