Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyənin vitse-prezidenti Ulu öndər Heydər Əliyevin xatirəsini anıb

62 Baxış

Türkiyənin vitse-prezidenti Fuat Oktay müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.

Turanmedia.az xəbər verir ki, o, bu barədə “Twitter”də yazıb.

“Can Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin əziz xatirəsini vəfatının 19-cu ildönümündə ehtiramla anıram. Ruhu şad, məkanı cənnət olsun”, – paylaşımda bildirilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678