Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ermənistan hökuməti məğlub olduğunu, dəhlizlə bağlı hərəkət edə bilmədiyini bəyan edir” – Akopyan

78 Baxış

“Əgər Ermənistan hökuməti nəsə etsəydi, bizdə bloklanmış dəhliz olmazdı”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu erməni mediasına Qarabağ separatçısı, qondarma “deputat” Metakse Akopyan bildirib.

“Dövlətin birinci şəxsi (Paşinyan – red.) özünə Qarabağda “soyqırım” gözlənildiyini deməyə icazə verəndə, bu, çox təhlükəlidir. O mənada ki, özü dövlətçiliyin yoxluğunu bəyan edir. Yəni siz məğlub olduğunuzu və hərəkət edə bilməyəcəyinizi dünyaya elan edirsiniz.

2020-ci il noyabrın 9-da Ermənistanın Baş naziri birtərəfli qaydada üçtərəfli bəyannamə imzalayıb. Azərbaycan buna 10 gündür “əməl etmir”. Əsas benefisiar olan Ermənistan hay-küy salmalı oldu ki, məsələ həll olunsun”, – deyə Akopyan sərsəmləyib.

P.S. Ermənistan hakimiyyəti artıq başa düşür ki, Qarabağın əsl sahibi işğala, özbaşınalığa yol verməyəcək, ona uzanan əlləri dibindən kəsəcək. Separatçılar da bunu nə qədər tez anlayıb qəbul etsələr, yaxşı olar.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678