Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qriqoryan: “Rusiya və Azərbaycan XİN başçılarının görüşünü boykot etməmişik, Laçına görə GETMƏDİK”

75 Baxış

İrəvan Rusiyanı Ermənistana təzyiq etməkdə ittiham edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı ölkəsinin “müstəqilliyinə” zərbə vurmaqda ittiham edib.

“Ermənistanın gündəliyində İttifaq dövlətinə qoşulmaq məsələsi yoxdur. Amma İttifaq dövləti baxımından Ermənistana böyük təzyiqlər var.

Amma erməni demokratiyası müqavimət göstərir və hərbi təzyiqlərə məruz qalır”, – deyə Qriqoryan bildirib.

Daha sonra o bildirib ki, Ermənistan Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvada baş tutan görüşünü boykot etməyib.

“Ermənistan tərəfi müharibədən sonra aparılan danışıqlarda son iki ildə də daxil olmaqla həmişə konstruktiv olub. Böhran və təhdidlər şəraitində danışıqları davam etdirmək çətindir. Laçında böhran olduğu üçün getmədik.

Laçın dəhlizinin tezliklə açılması üçün genişmiqyaslı işlərə ehtiyac var. Bu məsələ ilə bizim bütün siyasi komandamız və xarici siyasətə cavabdeh olan şəxslər məşğul olur. Biz vəziyyəti qiymətləndirdik və anladıq ki, bu, bizim hərəkətlərimizi əlaqələndirmək üçün ən yaxşı variantdır”, – Qriqoryan deyib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678