Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əliyev geri çəkilməyəcək – İrəvan nədən qorxur?

127 Baxış

“Azərbaycan öz hədəflərinə birdən-birə yox, hissə-hissə nail olur”.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda “Qafqaz” institutunun direktoru, politoloq Aleksandr İskəndəryan deyib.

İskəndəryan bildirib ki, əsas məsələ Laçın yolunun açılması qarşılığında Ermənistanın nə verəcəyidir: “Azərbaycan Qarabağda hakimiyyətini tam bərpa etmək niyyətindədir. Sülh müqaviləsində Qarabağ Azərbaycanın daxili məsələsi kimi əksini taparsa, Rusiya sülhməramlılarının orada qalması mənasız olacaq”.

Erməni politoloqun fikrincə, Rusiyanın Azərbaycana təzyiq etmək imkanları da azdır.

“Əliyev geri çəkilməyəcək, hazırda heç bir ölkə Azərbaycana təzyiq göstərməyə hazır deyil. Azərbaycanın müharibə aparmaq üçün kifayət qədər resursu var, lakin bunu etməyəcək və öz hədəflərinə tədricən nail olacaq”, – İskəndəryan qeyd edib.

Ermənistanda təşvişə səbəb olan səbəblərdən biri də Laçın yolunda keçirilən aksiyaya görə Azərbaycana heç bir ölkənin təzyiq edə bilməməsidir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678