Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Marukyandan Blinkenə SƏRSƏM MÜRACİƏT: “Azərbaycan haqqında tədbir görün”

59 Baxış

Ermənistanlı diplomat Blinkenə Azərbaycanla bağlı müraciət edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Twitter mikrobloqunda ABŞ dövlət katibindən Azərbaycanın cəzalandırılmasını tələb edib.

Nikol Paşinyan tərəfindən təyin edilən səfi ABŞ dövlət katibi Blinkenin adını çəkərək yazıb:

“18-ci gündür ki, Azərbaycan Qarabağdakı “120 min” insanın hüquqlarını blokadada saxlamaqla pozmaqda davam edir. Bu, qəbuledilməzdir. Bu gün beynəlxalq ictimaiyyət bunu normal qəbul etməməlidir.

Tədbirlər görülməlidir ki, Azərbaycan qanun pozuntularına görə məsuliyyət daşısın”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678