Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda “Amazon” şirkətinin əməkdaşı olan Türkiyə vətəndaşı itkin düşüb

61 Baxış

Bakıda “Amazon” şirkətinin əməkdaşı olan Türkiyə vətəndaşı itkin düşüb.

Turanmedia.az banker.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 14-də paytaxtın Yasamal rayonu, F.İbrahimbəyov küçəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan “Amazon” internet şirkətində çalışan Türkiyə vətəndaşı, 1994-cü il təvəllüdlü Bedirhan Tanış Şinasi oğlu evdən işə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678