Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tenderlərdə iştirak məbləğləri azalacaq

60 Baxış

Azərbaycanda “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlanıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

O bildirib ki, layihə ayın əvvəlində Nazirlər Kabinetinə təqdim edilib.

“Qanun dövlət satınalmalarında səmərəlilik və şəffaflığı təmin edəcək. Bundan sonra bütün satınalmalar elektronlaşacaq ki, bu da satınalmalarda sahibkarların iştirakı vasitəsilə biznesin inkişafına böyük töhfə verəcək və satınalmalarda iştirak məbləğlərinin azalmasına səbəb olacaq”.

Ötən il eyni zamanda ın funksionallığının təkmilləşdirilməsi işləri aparılıb və istifadəçi interfeysi yenilənib”.

Xidmət rəisi qeyd edib ki, etender.gov.az portalının Mərkəzi Bankın elektron qarantiyalar reyestri ilə inteqrasiyası yekunlaşıb: “Növbəti mərhələdə Dövlət Vergi Xidməti ilə vergi arayışlarının inteqrasiyası, daha sonra Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektləri reyestri ilə inteqrasiya nəzərdə tutulub”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678