Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nəğməli tariximiz” layihəsi həyata keçirildi

215 Baxış

Turanmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeannı Reallaşdır 2022” XIII fərdi qrand müsabiqəsi çərçivəsində qalib olan layihələrdən biri olan “Nəğməli tariximiz” layihəsinin 4 günlük təlim mərhələsi həyata keçirilib.
Layihə rəhbəri Şahlar Mirzalıyev çıxışında qeyd edib: “Azərbaycan tarixi keçmişə söykənənən bir dövlətdir. İstənilən əsr istənilən dövürdə xalqımız tarixdə öz dərin izlərini qoyub. Bu məlumatlar bizə müxtəlif yazlı kitabələr, mənbələrlə yanaşı hətta şifahi xalq ədəbiyatının ayrılmaz parçası olan mahnılar və şeirlərdə çatdırılıb”.
Layihənin adından məlum olduğu kimi Azərbaycan xalq mahnıları və bir çox nəğmələr sətirlərində dəyərli tarixi faktları gizlədir. Sovet dönəmində yazıçılar tərəfindən yazılmış şeirlər və bəstələnmiş mahnilar senzuradan keçməli idi, yazıçılar mahnilar senzuradan keçsin deyə Azərbaycana xitab olunmuş sözləri xüsusi incəliklə sətirlərə yerləşdiriblər. Buna görədə Azərbaycan xalq mahnılarının və digər nəğmələrin sadəcə mahnı yox həmdə nəğməli kitabə olmasını gənc nəsilə çatdırmaq onlar arasında tarixi musiqimizə maraq artırmaq layihənin əsas missiyasıdır. Təlimlərdə iştirakçılar mahnıları dinləyərək onların sətirləri ətrafında araşdırma apararaq qrup işləri yerinə yetiriblər. Təlimin sonunda iştirakçılar sertifikatla təltif ediliblər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678