MN: Hərbi qulluqçu minaya düşərək şəhid olub
7 Baxış

Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.
Turanmedia.az xəbər verir ki, bu barədə Ölkə.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
“Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin”, – Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.