Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Tibb Kollecində akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

140 Baxış

Turanmedia.az xəbər verir ki, tədbir öncəsi Azərbaycanın Dövlət Himin oxunub. Təhsil ocağının müəllim və tələbələrinin, mətbuat işçilərinin iştirak etdiyi tədbiri açan kollecin direktoru Fikrət Zeynalov bildirdi ki, Azərbaycan səhiyyəsinin fəxarət kürsüsündə özünəlayiq yeri olan akademik Əziz Əliyevin qızı Zərifə Əliyeva cəfakeş və fədakar qadın, vəfalı ömür yoldaşı, mehriban ana, görkəmli elm xadimi idi. Ulu öndər Heydər Əliyevin həyat yoldaşı, dövlətimizin başçısı İlham Əliyevin anası Zərifə xanım sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş, oftalmologiya elminə, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə dəyərli töhfələr vermişdir. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan Tibb elminin parlaq səhifələridir.
Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. Akademikin keçdiyi şərəfli ömür yolundan bəhs edən məlumatlarla kollecin müəllimləri Çingiz Ağakişiyev, Günay Məmmədova, Mədinə Abdukərimova çıxşlar etdilər. Tələbələrdən Toğrul Abdullayev, Alsu Həsənova, Nəzrin Əhmədova, Ləman Mirzəyeva görkəmli akademikə həsr olunan şeirləri oxumaqla tədbirə bədii çalarlar qatdılar.
Kollecin müəlimi Səadət Quliyeva məruzə edərək qeyd etdi ki, Zərifə Əliyeva ADHTİ-də çalışarkən ilk illərdən görmə orqanının patalogiyasına xüsusi diqqət yetirmiş, zərərli sənaye müəssisələrindı çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin profilaktikasını və müalicəsini ön plana çəkmişdir. O, peşə amili etimologiyalı göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını aşkar etmək üçün Bakı Şin Zavodunda, neft-kimya və yod sənayesi müəssisələrində, Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyində, Mingəçevir “İzolit” və texniki-rezin məmulatları zavodlarında, Gəncə gil-torpaq kombinatında və digər obyektlərdə işləyənlərin görmə orqanlarna mənfi təsir göstərən amilləri, onlarn etio-patagenezini diqqətlə öyrənmiş, zərərli peşələrin törətdikləri göz xəstəliklərini elmi surətdə əsaslandırmış, onların qarşısını almaq üçün əməli tədbirlər görmüşdür. Zərifə xanım bu xeyirxah işləri yerinə yetirərkən zərərli amillərin təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə və onun ayrı-ayrı orqanlarına göstərdiyi təsirləri də mükəmməl öyrənmiş, profilaktika və müalicəvi tədbirlərin bu istiqamətdə aparılmasına lazımi şərait yaratmışdır. Zərifə xanım zərərli müsəssisələrdə çalışanların görmə orqanlarını müalicə etməklə bütövlükdə onların həyatını xilas edirdi.
Professor Zərifə Əliyeva oftalmologoiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patalogiyası sahəsində apardığı uğurlu elmi tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür. Həyatda və məişətdə olduğu kimi, elmdə də son dərəcə təvazökar və səmimi olan professor Zərifə Əliyeva oftalmologiya elminin inkişafı yolundakı səmərəli və möhtəşən xidmətlərinə görə qazandığı bu nüfuzlu mükafatı Azərbaycan oftalomologiya elminə yüksək qiymət kimi dəyərləndirmişdir.
Tədbirə yekun vuran kollecin direktoru Fikrət Zeynalov vurğuladı ki, Zərifə xanımın əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayır və yaşayacaqdır.

Esmira Hidayətova


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678