XİN: “Ermənistan bunu qəbul etməlidir”

Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis etməsi ilə əlaqədar 23 aprel tarixli bəyanatına dair şərhində yer alıb.
Şərhdə vurğulanıb ki, Ermənistan tərəfi tez-tez istinad etdiyi Praqa və Soçi görüşlərinin nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi məlumdur. Bundan irəli gələrək, Ermənistan Azərbaycanın öz ərazisinə giriş-çıxış üzrə nəzarəti təmin etmək hüququnu qəbul etməli və buna hörmətlə yanaşmalıdır.