Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qəzaya düşən qohumuna köməyə gedərkən qəzaya düşüb öldü

37 Baxış

Şəki rayonunun Daşüz kənd sakini, 1982-ci il təvəllüdlü Mülayimov Vüqar Sabir oğlu “Opel” markalı avtomobillə rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirib.

Turanmedia.az xəbər verir ki, bununla bağlı Ölkə.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678