Xankəndidə erməni separatçıların hərbi hazırlığı
11 Baxış

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan Xankəndi şəhərində məskunlaşan erməni separatçıların hərbi hazırlığı ilə bağlı video yayılıb.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, ermənilərin yaydığı video Xankəndi şəhərinin cənub-qərbində yerləşən qanunsuz silahlıların “hərbi hissəsi”nin ərazisində lentə alınıb.
“Land Of Fire” kanalının məlumatına görə, ərazi Azərbaycan Ordusunun Şuşa şəhərindəki mövqelərinin 5 km şimalında yerləşir.
Hərbi hazırlıq kursunun koordinatları: 39°48’46.18″N 46°44’45.94″E