Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

On iki cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra edilib

71 Baxış

Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində başlanılıb.

Turanmedia.az oxu.az-a istinadən xəbər verir ki, əfv sərəncamı 9 saylı cəzaçəkmə müəssisəsində səkkiz nəfərə şamil edilib. Onlardan dörd nəfər azadlığa buraxılıb, dörd nəfər məhbusun isə cəzası azaldılıb.

Eyni zamanda, 6 saylı cəzaçəkmə müəssisəsində də əfv sərəncamının icrasına başlanılıb.

Sərəncam müəssisədə 34 nəfərə şamil edilib. Onlardan 16 məhkum azadlığa buraxılıb, 18 məhkumun isə cəzası azaldılıb.

Qeyd edək ki, azadlığa buraxılanlar içərisində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov da var.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678