Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

NDU-nun uğurları kimləri və niyə narahat edir? – Peşəkarlar simfonik orkestrin peşəkarlığından danışır

51 Baxış

Son illər təhsil və elm sahələri ilə yanaşı, mədəniyyətin də inkişafına öz töhfələrini verən Naxçıvan Dövlət Universitetində yeni musiqi kollektivləri yaradılıb. NDU-nun Konservatoriyası və Musiqi Kollecinin yaratdığı simfonik orkestrin analoqu Azərbaycanın heç bir ali məktəbində yoxdur. Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestri Azərbaycanın ali məktəblərində yaradılan ilk, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrindən, Azərbaycan televiziyasının Niyazi adına Simfonik Orkestrindən, Akademik Opera və Balet Teatrının Simfonik Orkestrindən sonra dördüncü böyük musiqi kollektividir.

Orkestr son günlər Naxçıvanda bir neçə konsert proqramı ilə çıxış edib. Bu il universitetin simfonik orkestrinin Bakı şəhərində çıxışı da nəzərdə tutulub.

Naxcivan_Dovlt_Universiteti

Təəssüf ki, böyük əziyyət hesabına yaradılan, fəaliyyətini peşəkarların yüksək qiymətləndirdiyi simfonik orkestr barədə belə uğura nail ola bilməyənlər mənfi fikir formalaşdırmağa cəhd edirlər.

Bəs peşəkarlar bu barədə nə deyir?

Bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, professor Vasif Allahverdiyev TNS-ə açıqlamasında bildirib ki, Naxçıvanda simfonik orkestrin yaradılması xəbərini eşidəndə çox sevinib.

“Bütün mötəbər məclislərdə, görkəmli şəxsiyyətlərlə görüşlərimizdə həmişə deyirdim ki, niyə simfonik orkestr ancaq Bakıda olmalıdır? Məsələn, Türkiyənin əksər böyük şəhərlərində simfonik orkestrlər var. Biz həmişə məsələ qaldırırdıq ki, Gəncədə, Sumqayıtda, Naxçıvanda simfonik orkestrlər yaradılsın. Bizim görkəmli drijorlarımız dəfələrlə deyiblər ki, belə bir orkestr yaradılsa, biz sevə-sevə gedib Naxçıvanda işləyərik. Mən Naxçıvanda simfonik orkestrin yaradılması xəbərini eşidəndə çox sevindim. Bu simfonik orkestr Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verəcək. Həmin orkestr Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirəcək. Azərbaycan bəstəkarları bu orkestrin yaradılmasını alqışlayır. Bu işin təşəbbüskarlarına, onun inkişafı üçün çalışanlara ancaq təşəkkür etmək lazımdır. Bu orkestrin başında Xalq artisti Çingiz Axundov durur. O, çox peşəkar sənətkardır, orkestrin inkişafında böyük rol oynayacaq”, – professor qeyd edib.

106041450_113494610408602_5339547271513275593_n

Vasif Allahverdiyev orkestrin konsert proqramlarında uğulu çıxış edə bilməyəcəyi ilə bağlı fikir formalaşdıranları musiqidən xəbəri olmayan insanlar adlandırıb.

“Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin peşəkarlığını çox yüksək qiymətləndirirəm. Sabah ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirdə orkestrin çıxışı olacaqdır. Bunu ancaq və ancaq alqışlayırıq”, – bəstəkar bildirib.

Vasif Allahverdiyev əməkdaşımızın “Siz öz əsərlərinizin Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrində səsləndirilməsinə razı olarsınız?” sualına belə cavab verib: “Çox böyük məmnuniyyətlə. Nəinki razılıq verərəm, mən bunun arzusundayam”.

Bəstəkar, Azərbaycan Respublilkasının əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev də Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin yaradılmasını alqışlayır.

maxresdefault_1

“Peşəkar musiqiçi kimi, tərəfdarıyam kimi, ölkəmizdə belə orkestrlər yaradılsın. Əlbəttə ki, istənilən musiqi kollektivinin yüksək səviyyədə formalaşmasına zaman lazımdır. Naxçıvan Dövlət Universitetinin Konservatoriyasının Naxçıvan Musiqi Kolleci ilə birlikdə yaratdığı simfonik oskestr muxtar respublikada peşəkar musiqiçilərin yetişməsinə öz töhfəsini verəcəkdir”, – Ceyhun Allahverdiyev bildirib.

Onun sözlərinə görə, orkest elə bir kollektivdir ki, orada fərdi ifaçılar kollektiv şəkildə birgə duyumlarını da inkişaf etdirirlər. Zəngin repertuar yaranır, dünya və Azərbaycan bəstəkarlarının əsərləri ilə tanış olurlar. Çünki onlar tədris ocağında simfonik musiqi ilə bu qədər uzlaşa bilmirlər.

Bu baxımdan o, həmin orkestrin fəaliyyətini yüksək qiymətləndrir.

“Mənim müəllimim Arif Məlikov deyirdi ki, orkestrlərin tam formalaşması üçün ən azı 5 il vaxt lazımdır. Musiqiçi və ifaçıların bir-birini hiss edə bilməsi üçün zaman lazımdır. Düşünürəm ki, bu orkestr barədə mənfi fikir söyləyənlər obyektiv danışmırlar. Onların ya musiqdən xəbəri yoxdur, ya da ki başqa məqsədləri vardır. Mən bir naxçıvanlı kimi fəxr edirəm ki, Naxçıvan Dövlət Universitetində belə bir peşəkar musiqi kollektivi fəaliyyət göstərir. İnanıram ki, bu orkestrin gələcəyi çox gözəl olacaqdır”, – Ceyhun Allahverdiyev əlavə edib.

Xalq artisti Samir Cəfərov orkestrin yaradılmasını və fəaliyyətini yüksək qiymətləndirib.

Xalq artisti deyib ki, Naxçıvanda heç vaxt simfonik orkest olmayıb:

“Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin peşəkar musiqi kollektivi kimi formalaşdırılması istiqamətində böyük işlər görülür. Həmin orkestrdə peşəkar drijorlar, musiqiçilər vardır. Mən demirəm ki, bu orkestr dünyanın ən yaxşı orkestridir. Amma paytaxt Bakı da daxil ölkəmizin istənilən bölgəsində uğurla çıxış edəcək səviyyədə olan bir kollektivdir”.

1676612716_photo_5438405539043328109_y

Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasının direktoru olduğunu xatırladaraq bildirib ki, heç Gəncə kimi şəhərdə simfonik oskestr olmayıb: “Ona görə də Naxçıvanda belə bir orkestrin yaradılması yüksək qiymətləndirilməlidir. Onlara şərait yaratmaq lazımdır ki, özlərini təsdiq etsinlər. Onlar çox səviyyəli bir işlə məşğuldur. Mən çox sevinirəm k, Naxçıvanda belə bir orkestr var”.

Xalq artisti Gülyanaq Məmmədova da simfonik orkestrr barədə xoş sözlər deyib.

7624762

“Onların fəaliyyəti təqdirəlayiqdir. Mən çox bəyəndim. Onların peşəkarlığı məni qane edir. Ona görə də həmin simfonik orkestrlə “Naxçıvan şikəstəsi” oxuyacağam”, – Gülyanaq Məmmədova bildirib.

Göründüyü kimi, peşəkarlar Naxçıvan Dövlət Universitetinin yeni yaradılmış simfonik arkestri barədə müsbət fikirdədirlər. Onlar bu musiqi kollektivinin peşəkarlığını yüksək qiymətləndirirlər. Son 10 ildə Naxçıvanın mədəniyyət sahəsinə rəhbərlik edənlərin belə bir uğura nail ola bilməməsi onları çirkin kampaniya aparmağa sövq edir. Təəssüf ki, yeni yaradılmış kollektivi həvəsləndirmək, onlara stimul vermək əvəzinə bəzən özünü peşəkar musiqiçi adlandıran, ancaq adını belə açıqlamağa cəsarəti çatmayanlar bu musiqi kollektivi barədə mənfi rəy yaratmağa cəhd edirlər. NDU-nun Simfonik Orkestri onlara ən yaxşı cavabı sabah Naxçıvandakı, yaxın gələcəkdə isə paytaxt Bakıdakı uğurlu çıxışı ilə verəcəkdir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678