Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda yeni uşaq telekanalı yaradıla bilər – AÇIQLAMA

139 Baxış

“Türkiyənin TRT telekanalı və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ortaq layihəsi olaraq uşaq televiziyasının yaradılması nəzərdə tutulur”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu AZTV-nin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə iş gedir:

“Amma bu bir-iki ilin işi deyil. Burada texnikalar alınmalı, kadr balansı olmalıdır. Hazırlıq və yayım prosesi üç-dörd il çəkir.

Uşaq televiziyası ən çox maliyyə tələb edən layihədir. Xaricdən cizgi filmləri alına bilər. Amma o filmlərdə milli ruh olmayacaq”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678