Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qüdrət Həsənquliyev: “Təəssüf ki, qardaş Türkiyədə olan bəzi partiyalar onlara dəstək olur”

64 Baxış

Ermənistan 44 günlük savaşdan nəticə çıxarmayıb. Onlar ümid edir ki, yenə əvvəlki kimi olacaq. Çox təəssüf ki, bizim daxilimizdə də ermənilərin güvəndiyi dairələrə bağlı insanlar bu cür düşünür”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu millət “Böyük Ermənistan” xəstəliyinə düçar olub: “Onlar qonşu ölkələrin ərazi bütövlüyünü tanımırlar. Çox təəssüf ki, Fransa da onlara dəstək verir. Çox təəssüf ki, qardaş Türkiyədə olan bəzi partiyalar da onlara dəstək olur. Türkiyədə Azərbaycana qarşı səsləndirilən fikirlərə təəssüflənirəm. Türkiyə xalqı belə cəhdləri əfv etməz. Türkiyədə hakimiyyət dəyişsə də, Azərbaycan və Türkiyə münasibətləri sarsılmaz. Fransa Ermənistanın böyük bacısı kimi hadisələrdə tərəfsizliyini qoruya bilmir”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678