Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Şəhəri İcra Hakimiyyəti və  Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalandı

116 Baxış

Mingəçevir Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalandı

Turanmedia.az xəbər verir ki, may ayının 12-də Mingəçevir Şəhəri İcra Hakimiyyətinin müşavirə zalında “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanmışdır. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri iştirak etmişlər. Müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli

“Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur. İmzalanma mərasimində təşkil edilmiş geniş tərkibli görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev iştirak etmişdir. Müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində bağlanması və “Heydər Əliyev ilində” icra olunması əhəmiyyətli hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli bir töhfədir. Məhz Ulu öndər şəhərlərimizin, o cümlədən Mingəçevir şəhərinin dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verir və bu işlərə şəxsən özü rəhbərlik edirdi. Tədbirdə qeyd olundu ki, bu planlı və məqsədyönlü işlərin davamı olaraq, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri həyata keçirilməkdədir. Dayanıqlı İnkişaf məqsədlərinin məqsəd, meyar və göstəricilərinin milliləşdirilməsi üçün əhatəli və əhəmiyyətli işlər ardıcıl olaraq həyata keçirilir. Odurki, bu gün icrasına başlanılan layihə məhz 2030-cu ilədək addımların gündəliyində yerli tərəfdaşların bilavasitə iştirakı ilə qarşıya qoyulan 11-ci məqsəd özündə təhlükəsiz, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, xüsusilə həssas vəziyyətdə olanların, qadınların, uşaqların, əlillərin və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir.

Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini- Şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova, AzTU-nun Logistikavə Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və Universitet-Sənaye Əməkdaşlığı və ÖmürboyuTəhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak etmişlər.

“Dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin-layihəsi Mingəçevir Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında ilk layihədir. AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyətinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə görüş keçirilmiş, ilkin müzakirələr, layihənin gedişatına dair fikir mübadiləsi aparılmışdır. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Texniki Universitetinin Rektoru Vilayət Vəliyev, AzTU-nun Logistikavə Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov çıxış etmişlər.

Sonda AzTU-nun Sosial-inkişaf mərkəzinin aparıcı mütəxəssisi, qabaqcıl təhsil işçisi, “Dədə Qorqud” mükafatı laureatı Naqiyə Rzayevanın əl işi olan rəsm əsəri Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılova təqdim edilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov tərəfindən qonaqlara xatirə hədiyyəsi təqdim olunmuşdur.

Esmira Hidayətova


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678