Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir şəhər şəhid F.Qasımov adına incəsənət məktəbinin hazırladığı konsert proqramı təqdim olunub

173 Baxış

Bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyası dayanır. Ölkəmizin inkişafı, tərəqqisi, əldə olunan mövcud sabitlik və yüksək rifah ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Bu yol xalqımızı daha xoşbəxt günlərə qovuşdurdu. Nə qədər ki, müstəqil Azərbaycan dövləti və xalqı var, ulu öndər Heydər Əliyev də var olacaq və yaşayacaqdır. Bu gün ümummilli liderimiz cismən aramızda olmasa da, O, hər bir azərbaycanlının qəlbində yaşayır. Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti, musiqi sənəti hər il yeni istedadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin, incəsənətinin zənginliyini nümayiş etdirir. Eyni zamanda xalqımızın içində böyük, fitri istedadlı insanların daim olmasını, yaşamasını göstərir.Elə Mingəçevirin musiqi məktəbləri də yeni istedadlar,musiqiçilər yetişdirir. Bu musiqi məktəblərindən biri də şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbidir.
Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbində ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunmuşdur. Məktəbin foyesində düzənlənən şagirdlərin əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirilib. Tədbir başlamazdan öncə Dövlət himni oxunub. Sonra Ulu Öndər Heydər Əliyev haqqında video-çarx nümayiş olunub.
Daha sonra “Yeni Azərbaycan dövlətinin memarı” adlı konsert proqramına start verildi. Məktəbinin akt zalında keçirilən tədbirdə incəsənət məktəbinin müəllim, şagird kollektivi, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və valideyinlər iştirak edib. Konsert proqramında müəllim və şagirdlərin,ansanblın ifaları izləyicilər tərəfindən maraqla qarşılanıb. “Banu” rəqs qrupunun ifasında şən musiqi nömrələri nümayiş olunub.Konsert proqramında məktəbin direktoru Esmira Salamova,YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxış edərək tədbirin təşkilində əməyi olanlara təşəkkür bildiriblər. Sonda müsabiqədə fərqlənən şagird və müəllimlər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678