Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısıdır”

154 Baxış

Turanmedia.az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseydə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısıdır”adlı elmi-bədii konfrans keçirilib.
Əvvəlcə liseyin həyətində asfalt üzərində və molbert adlanan dəzgah üzəribdə şagirdlərin çəkdikləri rəsm əsərlərinə baxış keçirilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib,ardınca Dövlət hinmi oxunub,şəhidlərin ruhu anılıb.
Konfrans məruzələr və bədii hissəsindən ibarət olmaqla öz işini davam etdirib. Çıxışlar proqrama uygun məruzələrdən təşkil olunub. Liseyin direktoru Aidə İsmayılova “Ulu Öndər Heydər Əliyev irsi milli sərvətimizdir”,liseyin ingilis dili müəllimi Samir Həsənov “Ulu Ödərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir”,liseyin tarix müəllimi Ruhiyyə Bayramova “İlham Əliyev Heydər Əliyev siyasətinin layiqli davamçısıdır”adlı məruzələrlə çıxış ediblər. Tədbirdə iştirak edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev öz çıxışında ulu öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat verib. O, bildirib ki, ulu öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı ulu öndərin daim diqqət mərkəzində olub. Bu gün də keçirilən tədbir də ulu öndərin xatirəsinə olan kiçik bir ehtiramın nümunəsidir- deyə bildirib.
Konfransda Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətinindən bəhs edən video-çarx nümayiş olunub.
Çıxışlardan sonra liseyin şagirdləri kompozisiya ilə çıxış ediblər. Onlar söylədikləri şeirlərdə-musiqilərdə ulu öndəri yad edərək daima qəlblərində yaşadacaqlarını və onun siyasi kursunun davamçısı İlham Əliyevin ətrafında sıx birləşəcəklərini deyiblər. Sonda YAP sıralarına yeni üzv olan gənc müəllimlərə üzvülük vəsiqələri təqdim edilib.
Konfransda Mingəçevir şəhər YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Rauf Yusubov, şəhər təhsil sektorunun nümayəndəsi Zivər Tagıyeva iştirak ediblər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678