Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda 7,5 bal gücündə zəlzələ ola bilər? – RƏSMİ AÇIQLAMA

55 Baxış

Türkiyəli alim Cəlal Şəngörün Azərbaycanda 7.5 bal gücündə zəlzələ olacağına dair açıqlamanı ölkəmizlə bağlı hansı araşdırmalar apardıqdan sonra verdiyi bizə bəlli deyil.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Azərbaycanın da digər qonşu ölkələr kimi seysmoaktiv bölgədə yerləşdiyini bildirən V.Rafiqqızı fikirlərinə belə davam edib: “Seysmoaktiv bölgələrdə vaxtaşırı zəlzələlər olur və hər zaman yeraltı təkanların qeydə alınması ehtimalı var. Lakin bunun nə vaxtını, nə yerini, nə də gücünü heç kim proqnozlaşdıra bilməz. Zəlzələ ocaqları yerin dərin qatlarında yerləşdiyinə görə, onu proqnozlaşdırmaq mümkün deyil. Hələ ki, seysmologiya elmi həmin suala cavab tapmayıb və bu, bütün dünyada belədir. İnsanlar tərəfindən hiss olunmayan, gücü az olan zəlzələlər hər gün müşahidə edilsə də, onlar heç gəlib Yer səthinə belə çatmırlar. Maqnitidası 3 və 3-dən yuxarı olan zəlzələlər barədə isə ictimaiyyət davamlı məlumatlandırılır.

Zəlzələnin dəqiq proqnozu yoxdur və kimsə seysmik bölgədə yerləşən ərazilərdə zəlzələ olacağını deyirsə, bu zaman hansısa qeyri-adi nəsə ortaya qoymur. Çünki burada əsas sual dəqiq proqnozdur və qeyd etdiyim kimi heç bir alim, heç bir mütəxəssis bunu verə bilmir. Bu ilin fevral ayında qardaş ölkədə baş verən zəlzələ zamanı da bir çox “ekspertlər” Azərbaycanla bağlı heç bir əsası olmayan fikirlər ortaya atıb insanlar arasında təşviş yaratmağa çalışırdılar. O zaman da bununla bağlı kifayət qədər açıqlamalar verdik ki, vətəndaşlar narahat olmasınlar. Azərbaycanda zəlzələlərin öyrənilməsi ilə məşğul olan təşkilat var və 24 saat ərzində respublika ərazisi seysmik monitorinq altındadır. Odur ki, media nümayəndələrindən hansısa elmi sübutlara əsaslanmayan informasiyaları yaymamağı xahiş edir, vətəndaşları isə rəsmi məlumatları yaymağa səsləyirik”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678