Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

30 ildən sonra bu xəstəlik dünyada iki dəfə artacaq

42 Baxış

2050-ci ilə qədər dünyada diabet xəstələrinin sayı iki dəfə artaraq 1,3 milyarda çatacaq.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Lancet” jurnalında dərc olunan araşdırma məqaləsində bildirilib.

Məqalədə qeyd olunub ki, hazırda dünyada təxminən 529 milyon insan artıq ölüm və əlilliyin 10 əsas səbəblərindən biri olan bu xroniki xəstəliklə yaşayır. Bu rəqəmin 95 faizi 2-ci tip diabetdir. Otuz ildən az müddətdə göstərici 1,3 milyardı keçəcək.

Yüksək bədən kütləsi indeksi (artıq çəki) diabetdən ölüm və əlillik hallarının yarısından çoxu ilə əlaqələndirilir. Digər amillər arasında insanların pəhrizləri, idman, siqaret və alkoqol var.

Alimlər həmçinin hesab edirlər ki, 2045-ci ilə qədər diabetli yetişkinlərin dörddə üçü aşağı və orta gəlirli ölkələrdə yaşayacaq. Hətta ABŞ kimi varlı ölkələrdə belə, afroamerikalılar, ispanlar, asiyalılar və hindular kimi azlıqlar arasında diabet nisbəti təxminən 1,5 dəfə yüksək olacaq.

“Dünya diabetin sosial mahiyyətini başa düşə bilmədi və bu xəstəliyin əsl miqyasını və yaratdığı təhlükəni lazımınca qiymətləndirmədi. Şəkərli diabet bu əsrin təyinedici xəstəliyi olacaq”,- tədqiqatın müəllifləri bildiriblər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678