Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə ilə həsr edilmiş həvəskar komandalar arasında keçirilən futbol turniri başa çatdı

150 Baxış

Mingəçevirdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə ilə həsr edilmiş həvəskar komandalar arasında keçirilən futbol turniri başa çatdı.

Əvvəlcə ulu öndərin və şəhidlərin əziz xatirəsi anılıb,dövlət himni səsləndirilib.

Turanmedia.az xəbər verir ki, Mingəçevirdə Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının təşkilatçılığı ilə 10 həvəskar komanda arasında futbol üzrə şəhər turnirinə start verilmişdi. Qeyd edək ki,turnirin keçirilməsi təşəbbüsü ərazidə yaşayan sahibkar Əli Muradov tərəfindən irəli sürülüb. Bu gün turnir böyük coşqu ilə başa çatdı.Azərkeşlər futbolu böyük həyacanla izləyiblər.İki komanda arasında keçən görüşdə “Ulduz”komandası qalib oldu. Finall mərhələsini izlədikdən sonra qalibləri təbrik edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov komandaları təbrik edib,onlara kuboku və medalları təqdim edib. Qeyd edib ki,may ayından başlayan ümummilli liderin 100 illiyinə həsr olunmuş futbol turniri bu gün yüksək səviyyədə yekunlaşdı. İş adamı Əli Muradova minnətdarlığımızı bildiririk. Başçı, müstəqilliyin bərpasından sonra ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətindən bəhs edərək, Prezident İlham Əliyev tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət və qayğını qeyd edib. O,futbolçulara bu gün hər biriniz qalibsiniz,çünki bu yarışa qatılmağınız sizin qalibiyyətinizdir deyib.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678