Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Novxanıda 46 yaşlı kişi qətlə yetirilib – Saxlanılan var

55 Baxış

İyulun 11-də saat 21 radələrində Abşeron rayonu Novxanı kəndində 1977-ci il təvəllüdlü Qasımov Şahlar Müseyib oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Turanmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Tns-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 1980-ci il təvəllüdlü Əliyev Cavanşir Əli oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, cinayət şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678