Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan Xankəndi hava limanına nəzarət edir

43 Baxış

Xankəndi hava limanı azərbaycanlılar və rusların nəzarəti altındadır, amma rusların özləri də azərbaycanlılar tərəfindən yoxlanılırlar.

Turanmedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Qarabağın erməni sakinləri deyiblər.

Ermənilər sülhməramlıların hava limanı vasitəsilə ehtiyacları qarşılamaq üçün müvafiq daşımaları həyata keçirdiklərini, amma onların yüklərinin azərbaycanlılar tərəfindən yoxlanıldığını deyirlər. Sakinlər rus sülhməramlılarının fəaliyyətindən narazı olduqlarını bildirir, onların ərazini tərk etməsinin daha doğru olduğunu deyirlər.

Qeyd edək ki, Xankəndidəki hava limanından sadəcə sülhməramlı kontingentin ərzaq və yanacaq ehtiyatlarının qarşılanması üçün istifadəyə icazə verildiyi vurğulanır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678