Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qubad İbadoğlunun evində axtarış aparılır

38 Baxış

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlunun evində (Mətbuat prospekti 35E, mənzil 23, mərtəbə 9 ünvanında) axtarış aparılır.

Turanmedia.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə onun qızı Jalə Bayramova sosial şəbəkə hesabında yazıb.
O, Abzas Media-ya bildirib ki, öncə anası İradə Bayramova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb, dindirilib, daha sonra evdə axtarış başlayıb.
“Əmim Qalib Toğrul və vəkil Zibeydə Sadıqova hazırda evdə aparılan axtarışda iştirak edir. Anam da evə yollanır” – J. Bayramova bildirib.
Qeyd edək ki, iyulun 23-də Daxili İşlər Nazirliyi Q. İbadoğlunun saxlanılması barədə məlumat yayıb.
“Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib.
Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir”, – DİN-in məlumatında deyilir.
İyulun 24-də Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Siyasətçi ötən gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678