Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məktəb direktoru 131 min manat mənimsəyib

36 Baxış

Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbində yol verilən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Turanmedia.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən Ölkə.az-a verilən məlumata görə, araşdırma zamanı həmin məktəbin direktoru vəzifəsində işləmiş Sevda Malışova tərəfindən 2018-2021-ci illər ərzində tədris planlarında nəzərdə tutulandan artıq həcmdə dərs saatlarının tarifləşdirilməsi, əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə ümumilikdə 131 min manat maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678