Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ceyhun Səfərov “Space TV”dən getdi

34 Baxış

Tanınmış telejurnalist Ceyhun Səfərov “Space TV”dəki işindən ayrılıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, C.Səfərov bu barədə sosial şəbəkə hesabında məlumat verib.

“Bir müddət Space TV-də çalışdım. Bu mənim televiziya işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmakarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə “Space”dən ayrıldım. Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni “Space”də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz! Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. Space TV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm”, – telejurnalist əlavə edib.

Qeyd edək ki, C.Səfərov hazırda “AzVirt” MMC-nin Baş direktorunun mətbuat və informasiya məsələləri üzrə müşaviri vəzifəsində çalışır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678