Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tez qocalmaq istəmirsinizsə…

58 Baxış

Orqanizmin sağlamlığını və gəncliyini uzatmaq üçün rasiondan çoxlu doymuş yağlar və şəkər əlavə olunmuş məhsulları çıxarmaq lazımdır.

Turanmedia.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Endokrinologiya Milli Tibbi Tədqiqat Mərkəzinin (NMIC) diyetoloqu Natalia Silina RİA Novosti-yə bildirib.

“Həddindən artıq doymuş yağlar və şəkər əlavə edilmiş qidaların məhdudlaşdırılması tövsiyə olunur. Bunlara şokolad və meyvəli süd, şirin kəsmik və qatıq, sənaye dondurması, yağlı ətlər, kolbasa və sosiska kimi yarımfabrikatlar, mayonez və şəkər əlavə edilmiş ketçup daxildir”, – diyetoloq əlavə edib.

O qeyd edib ki, məhdudiyyətlərə süfrə duzunun istifadəsi də aiddir, gündəlik duz norması 5 qrama qədərdir, təmiz formada şəkəri minimuna endirməyə çalışmaq və ya gündə dörd çay qaşığından çox istifadə etməmək lazımdır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678