Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dağlıq ərazidə yanğın baş verib

53 Baxış

Ağsu rayonu, Keçdiməz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ərazinin çətin keçidli olması yanğınsöndürmə texnikalarının hərəkətinə maneə yaratdığından nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işləri əsasən əl ilə söndürmə üsulu ilə həyata keçirilir.

Qeyd edək ki, havanın küləkli və qaranlıq olmasına baxmayaraq yanğının geniş ərazilərə yayılmasının qarşısının alınması və tam söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678