Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ekspert payızda immuniteti yaxşılaşdıran məhsulları açıqladı

35 Baxış

Endokrinoloq-diyetoloq Sayına Qoqoleva payızda immuniteti yaxşılaşdırmaq üçün C vitamini ilə zəngin meyvə və tərəvəz yeməyi məsləhət görüb.

Turanmedia.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Lenta.ru-ya danışan diyetoloq sitrus meyvələrinin, gül kələminin, bolqar bibərinin, narın, heyvanın və almanın faydalarını xüsusilə vurğulayıb. Qoqoleva izah edib ki, C vitamini toxumalarda oksidləşdirici stresslə mübarizə aparan və onları oksigenlə doyuran sərbəst radikalları bədəndən çıxarmağa kömək edir.

Bundan əlavə payızda qida rasionunuza A, E və K vitaminləri ilə zəngin olan balqabaq, şalgam, qırmızı balıq və qoz-fındıq əlavə etməlisiniz. Sümüklərin möhkəmlənməsi üçün lazım olan D vitaminini isə süd məhsullarından, balıqlarından, yumurta və göbələkdən əldə edə bilərsiniz.

Diyetoloq əlavə edib ki, payızda daha çox soğan, sarımsaq və bakterisid və virus əleyhinə təsir göstərən zəncəfil yemək faydalıdır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678