Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“AzParkingdə xidmət normal olsa da, qiymətlər hədsiz yüksəkdir”

46 Baxış

“Ötən gün Landmark ətrafında, Xaqani küçəsində maşını parklamaq üçün AzParking xidmətindən istifadə etdim. Tətbiqi işə salan anda özü həmin ərazidə, ən yaxınlıqda olan, əlçatan parklama yerlərini, boş yerləri, qiyməti və s. təklif edir.

 

Yaxşı hal ondan ibarət oldu ki, səhər saat 09:00 olmasına baxmayaraq, təklif olunan parkinq yerləri demək olar, boş idi.

Boş olan yerlərdən birində saxlayıb parklama etdim”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

O əlavə edib ki, yolun kənarında, səkidə qeyd edilən parklama yerlərinin nömrəsini tapmaq elə də asan olmayıb.

“Qısası, əlçatanlıq və rahatlıq baxımından, dəfələrlə dairə vurub yer axtarmaqdan xilas olmaq baxımından çox yaxşıdır.

Həm də artıq bilirsən şəffaflıq var, bu toplanan pullar da büdcəyə gedir.

Amma?

Amması odur ki, çox bahadır. AzParking məndən 2 saat 23 dəq. üçün 3 manat aldı.

Tədbirin sonunadək qalmaq lazım gəlsə, demək 5-6 manatdan keçmək lazım gələcəkdi.

Bu isə düşünürəm ki, həmin müddət üçün hədsiz yüksəkdir.

Yəni AYNA deyir ki, bu tip dəvətlərə, tədbirlərə gərək biz maşınla getməyək.

Yaxud da, dəvət edən tərəf, əgər müddət çox olacaqsa, gərək AYNA ilə, digər innovativ qurumlarla birgə güzəştli ödənişlər, kuponlar hazırlasın.

Beləliklə, vaxt itkisinə yol verməmək, effektivlik, rahatlıq və şəffaflıq baxımından AzParking çox yaxşıdır, amma gərək qiymətlər də əlçatan ola”, – deyə Osman Gündüz əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678