Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezident Flora Kərimovanı “Şərəf” ordeni ilə təltif etdi

178 Baxış

Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Digər Sərəncamla Flora Kərimovaya Prezidentin fərdi təqaüdü təyin edilib.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova bir həftə əvvəl 80 yaşlı yubileyini qeyd edib.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678