Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir məktəblərində yeni tədris ilinin ilk zəngi çalındı

172 Baxış

Nəhayət ki, həmin gün gəlib çatdı. Sentyabrın 15-də orta məktəblərin yeni dərs ili başladı, məktəb qapıları şagirdlərin və müəllimlərin üzünə açıldı.Mingəçevirin bütün ümumtəhsil müəssisələrində Zəfər sədalı ilk zəng çalındı. Məktəb həyətində daxil olduqda əlində gül dəstəsi, çiynində məktəbli çantası, yarıyuxulu, həyəcanlı, ilk dəfə məktəbə qədəm qoyan birincilərin sevincinin həddi hüdudu yox idi.
Turanmedia.az xəbər verir ki, Mingəçevir 7 saylı tam orta məktəbdə yeni tədris ilinin ilk günü münasibətilə tədbir təşkil olunb. İlk olaraq, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra məktəbin direktoru Anar İsmayılov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə məktəbliləri və müəllimləri təbrik edib, onlara uğurlar arzuladı. Məktəb direktoru şagirdlərə uğurlar diləyib, valideynləri təbrik etdi.
Bu il birinci sinifə qədəm qoyan Müzəffərin anası Mətanət xanım bütün övladlara eləcə də öz övladına uğurlar arzuladı:” Bu gün məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyəcanla gözlənilən, xüsusi qayği və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür.Mən də bir ana kimi fəxr edirəm ki,qalib ölkənin övladları kimi mənim də balam məktəbə qədəm qoydu”.
Məktəb tədbirində birincilərin bir-birindən maraqlı çıxışları tədbirə əlavə rənglər qatıb.İlk zəngdən sonra birincilər sinif otaqları ilə tanış olublar.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678