Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid anası: “Oğlumun adı əbədiləşsin,mən də təsəlli tapım”

115 Baxış

Şəhid anası: “Oğlumun adı əbədiləşsin, mən də təsəlli tapım”.

Harda şəhid məzarı var, ordan başlanır Vətən!

Vətənimizin müdafiəsi, ərazi bütövlüyü, suverenliyi uğrunda gedən döyüşlərdə xalqımızın çox sayda şəhid verdiyi hər birimizə məlumdur. Bu döyüşlərdə Mingəçevirlilər də qəhrəmanlıq göstərərək şəhadətə ucalıblar. Qarabağ uğrunda gedən döyüşlərin qəhrəmanlarından biri də Mingəçevir şəhərində yaşamış və 1998-ci ildə 25 yaşında şəhadətə ucalan şəhid Səbuhi Elton oğlu Məmmədovdur. O,1973-cü ildə anadan olub. Yaşasaydı 50 yaşı tamam olacaqdı. Şəhidin anası Zöhrə xanım onunla görüşməyimizi istəyib. Deyir ki,onun da arzuları oğlu kimi ürəyində qalıb. Oğlu Səbuhi barədə mətbuatda heç bir yazı getmədiyini də bildirib. Onun da şəhid balası Qarabağ savaşına könüllü qatılanlardan olub.

Qeyd edək ki,Səbuhi Mingəçevir şəhər iki saylı məktəbin şagirdi olub. 1987-ci ildə 7-ci sinifi bitirərək C.Naxçıvanski adına hərbi məktəbə daxil olub.Sonra öz arzusu ilə Rusiya Federasiyasının Omsk şəhərindəki Ali hərbi məktəbində təhsil alıb. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün can atıb. Bizimlə oğlu barədə danışan şəhid anası, yaşadıqları küçə olmasa da, başqa bir məktəbə və ya küçəyə oğlunun adının verilməsini istəyir. Beləcə az da olsa təsəlli tapacağını deyən Zöhrə xanım dövlətdən tək istəyi budur.

Şəhid anasının sözlərinə görə, Səbuhi uşaq yaşlarından çox cəsarətli olub:” Oğlum mənə deyəndə ki, mən vətənə qayıdıram Qarabağ döyüşlərinə gedəcəm görüm ermənilər bizdən nə istəyir dedi.Mən onun bura gəlməsinə razı olmadım.Dedim ermənilər istədiklərini alıb.O isə mənə yox ana onlar mənim tələbə yoldaşlarımı öldürüblər mən qisasımı almaga gəlirəm. Beləcə Omsk vilayətindən sənədləri öz arzusu ilə 1992 ci ildə Bakı Ali hərbi məktəbinə köçürülüb.Oranı bitirib 1992-ci ildə baş leytenant rütbəsi ilə cəbhə bölgələrinə göndərilir.Düşmənə qarşı Füzulidə,Tərtərdə döyüşlərə qatılıb. 1996-cı ilə kimi cəbhədə zabit kimi qulluq edib.Sonra Bakı Hərbi məktəbində müəllim kimi dərs deməyə dəvət alıb. Amma görüb ki,bu onun işi deyili elə hey deyirdi ki,mən cəbhədə olmalıyam və 1998 ci ilin noyabr ayının 20-də yenidən könüllü olaraq cəbhə bölgələrinə yollanıb. Tərtərdə rota komandiri olub. 24 yaşında kapitan rütbəsinə layiq görülür”.

Şəhid anası döyüş yoldaşları Səbuhini bu günə qədər unutmadıqlarını deyir,çox yaxşı döyüşçü olduğunu, qəhrəmanca vuruşduğunu deyirlər. Bu gün isə Qarabağa vuruşmağa yollanan Səbuhinin geridə buraxdığı sadəcə anası var. Ana da oğlu ilə bağlı olan ən böyük arzusu adının əbədiləşməsini istəyir.

Qeyd edək ki,Səbuhi 1998-ci ildə 25 yaşında 2 əsgər yoldaşı ilə düşmən hiyləsinə tuş gələrək mina partlayışından şəhid olub.Allah rəhmət eləsin.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678