Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

MN iki məlumatı təkzib etdi – AÇIQLAMA

29 Baxış

“Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı yayılan dezinformasiyanı qəti surətdə təkzib edirik”.

Turanmedia.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə Nazirliyi teleqramda bildirib.

“Silahlı Qüvvələrimiz yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir”, – müdafiə qurumu vurğulayıb.

Həmçinin bildirilib ki, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır:

“Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678