Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həyasızlığı həyat yolu seçənlər – Onlar sahiblərindən aldıqları pulun hesabatını verməlidilər

36 Baxış

Qarabağda uğurla apardığımız antiterror tədbirlərinə bütün dünyanın haqq qazandırdığı bir zamanda, sapı özümüzdən olan bir para üzdəniraq daxildə və xaricdə oturub bu əməliyyatlara kölgə salmaq üçün dəridən- qabıqdan çıxırlar. Həyasızlığı həyat yolu seçmiş bu biçarələr əslində nə istədiklərini bilmirlər. Bunların Azərbaycanın uğurlarına sevinməsi mümkün deyil. Ən parlaq uğurumuza belə kölgə salmaq üçün min bir oyun oynamağa hazır olan bu zadlar, indi də Azərbaycan Ordusunun son qələbəsinin gah rusların, gah da ermənilərin sayəsində baş tutduğunu deyərək şəhidlərimizin ruhunu təhqir edirlər. Yazıqlar olsun! Anlaya bilmirlər ki, əgər onların dediyi bu fikirlər həqiqətdirsə, onda bu durumu da Azərbaycan dövlətinin sərgilədiyi uğurlu xarici siyasət yetişdirib. Adam söz tapmır, bu yaramazları gördükdən sonra söz də bitir. Bir insan özünə Azərbaycanlı deyə-deyə Azərbaycan ünvanına, onun Müzəffər Ordusunun ünvanına belə həqarəti necə yağdıra bilər?

Sapı özümüzdən olan, Azərbaycanda yaşayan bir para xəstə təxəyüllü “siyasətçilər” isə güclü ordumuzun olduğunu etiraf etsələr də bu ordunu yaradan, onun keçirdiyi bütün əməliyyatlara bilavasitə rəhbərlik edən Ali Baş Komandanın adını çəkməyə kişilikləri çatmır. Bəs belə güclü ordu necə yarandı ay bədbəxtlər? Onu bir illik hakimiyyətiniz dövründə sizmi yaratdınız? Beynəlxalq siyasi müstəvidə əldə etdiyimiz bu qədər uğur kimin tərəfindən sərgilənən xarici siyasət nəticəsində baş tutdu? Bunudamı siz etdiniz?

Anlaşılan odur ki, daxildə və xaricdə olan bu xəstə adamların Azərbaycan dövlətinin istənilən uğuruna kölgə salamq üçün həmişə “sözü var”. Onlar sahiblərindən aldıqları maliyyə vəsaitlərinin hesabatını verməlidilər axı…

Azərbaycan cəmiyyəti artıq çoxdandır ki, onları hakimiyyətə müxalifət kimi deyil, dövlətinə düşmən kimi tanıyır. Onlar öz yolllarını seçiblər – davam etsinlər!

… karvan keçər!

 

Fikrət Yusifov,

professor


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678