Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ƏRZAQ MAĞAZALARINDA, SUPERMARKETLƏRDƏ QANUNDANKƏNAR QİYMƏT ARTIMININ QARŞISI MÜTLƏQ ALINMALIDIR!

70 Baxış

ƏRZAQ MAĞAZALARINDA, SUPERMARKETLƏRDƏ QANUNDANKƏNAR QİYMƏT ARTIMININ QARŞISI MÜTLƏQ ALINMALIDIR!

Azərbaycan cəmiyyətinin çatışmayan cəhətləri sayılmaz dərəcədədir. Lakin, buna baxmayaraq, ən vaciblərini vurğulamaq lazımdır.

Məsələn, ərzaq mağazalarında və supermarketlərdə hər hansısa bir ərzaqın, ya yeyinti məhsulunun üzərinə qoyulmuş qiymətin tez-tez artıb-enməsi heç də düzgün deyildir. Bu, artıq mağaza sahiblərinin həm vətəndaşı ələ salmağından və həm də ki, əlavə qazanc götürməklərindən qaynaqlanır. Belə etmək olmaz. Göydə Allahı, yerdə isə Dövlətin qanununu görmək mütləqdir! Belə bir şey etmək üçün, gərək, insafsız, vicdansız, insanlıqdan uzaq olasan. Çox təəssüflər olsun ki, cəmiyyətimizin içərisindən elə adamlar çıxır ki, bu cür alçaq hərəkətləri etməkdən nə utanır və nə də ki, çəkinirlər. Bir vaxt qiyməti 7 manat-50 qəpik olan yağı, birdən-birə, 9 manata qoyurlar. Daha sonra isə, qəfildən qiymətini aşağı endirərək “Endirim” adı ilə satmağa başlayırlar. Bilmirsən ki, bunu əlavə qazanc götürmək üçün edirlər, yoxsa mallar xarab olur deyənə, hamısını ucuz qiymətdən camaata sırımaq istəyirlər. Supermarketlərin qəribə hərəkətləri çox müşahidə olunur.

Məhəllələrdə yerləşən kiçik ərzaq dükanları da onlardan geri qalmır. Lakin məhəllə dükanlarının supermarketlərdən seçilən yeganə fərqi sui-istifadə cəhdləridir. Məsələn, məhəllə dükanları supermarketlərdə 2 manat-60 qəpiyə satılan çayı üzərinə 60 qəpik qoyaraq 3 manat-20 qəpiyə satırlar. Axı bu qədər də insafsızlıq olmaz! Ümumiyyətlə, məhəllə dükanları çox sui-istifadə edirlər. Həm supermarketlərdəki və həm də ki, məhəllə dükanlarındakı sui-istifadə hallarının, qanunsuz qiymət artımlarının qarşı mütləq bir şəkildə alınmalıdır! Çünki, hər vətəndaş baha qiymətə satılan ərzaq məhsullarını ala bilmir.

Ümumiyyətlə, ölkəmizdə vətəndaşlar 3 qrupa bölünür: 1) Dövlət işində işləyənlər; 2) Özəl işlərdə(sahibkarlıq fəaliyyəti, fəhlə, ofisiant, usta və s.) işləyənlər; 3) İşsizlər. Yəni cəmiyyət bu üç qrupa aid olduğu üçün hər birinin imkanı yüksək həddə deyildir. Hər kəs dükanlarda eyni ərzaqdan ala bilmir. Bu cür şeyləri diqqətdə saxlamaq lazımdır. Sui-istifadə hallarına yol verən mağaza sahibləri də ki, qanunvericiliyə cəlb olunaraq barələrində tədbir görülməlidir.

Bəzən istifadə müddəti keçmiş, insan həyatına böyük zərərlər vura biləcək ərzaq mallarını da satırlar. Bunu daha çox kiçik məhəllə dükanları edir. Yəni, arada bir, belə hallar ilə rastlaşırıq, yaxud da ki, eşidirik.

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678