Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

QAİ Sumqayıt nümayəndəliyi şəhid övladlarını sevindirdi

67 Baxış

Bu gün Qərbi Azərbaycan İcması Sumqayıt şəhər nümayəndəliyinin təşəbbüsü ilə 44 günlük Vətən müharibəsi şəhidlərinin məktəbli övladları üçün tədbir keçirib.
Turanmedia.az məlumat verir ki, şəhərimizdə yerləşən “Fun World” əyləncə mərkəzində şəhid övladlarının istirahəti üçün nəzərdə tutulan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın himni səsləndirilib. Daha sonra QAİ Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov giriş nitqi söyləyərək, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını tədbirə qatılan şəhid ailələrinin diqqətinə çatdırıb. R.İsmayılov çıxışı zamanı bildirib ki, “Azərbaycan dövlətinin dünya ölkələri qarşısında qalib statusuna yüksəlməsində məhz bu körpə balalarımızın igid atalarının haqqı danılmazdır. Onlar öz şücaətləri ilə dünya hərb tarixində görünməmiş dastan yazaraq 30 illik məğlub damğasını ölkəmizin və xalqımızın üzərindən götürən qəhrəmanlara çevrildilər. Ona görə də biz heç vaxt nə şəhidlərimizi, nə də onların müqəddəs əmanətlərini – yəni sizləri, unutmamalıyıq. Dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin şəhid və qazi ailələrinə göstərilən qayğıdan əlavə, hesab edirəm ki, Azərbaycanda fəaliyyət təşkilat və qurumlarla yanaşı, hər bir şəxs sizləri diqqətdə saxlalmalıdır. Çünki, siz alnımızın ləkəsini silən, belimizi dikəldən Azərbaycanın qeyrət simvolları sayılan oğullarımızın əmanətisiniz”.
R.İsmayılov şəhid övladları üçün gətirdikləri hədiyyələri körpə balalarımıza təqdim edərək, onlara can sağlığı, gözəl həyat yolu arzuladıqdan sonra tədbirin ikinci, bədii hissəsinə start verildi.
Qeyd edək ki, tədbir Qərbi Azərbaycan İcmasının üzvü, iş adamı Nizami İsgəndərovun dəstəyi ilə baş tutub.