Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

MDU-da ustad dərs: Əməliyyat sistemləri və onların tədrisi metodikası

58 Baxış

2023-cü ilin noyabrın 23-də Mingəçevir Dövlət Universitetində (MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Əməliyyat sistemləri və onların tədrisi metodikası” mövzusunda növbəti ustad dərs keçirilib. Ustad dərsdə universitetin bir qrup akademik heyət üzvü, “İnformatika müəllimliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər.

Turanmedia.az mi-news.az-a istinadən xəbər verir ki, İnteraktiv şəkildə təşkil olunan ustad dərsdə Türkiyənin Hitit Universitetinin Mühəndislik fakültəsinin “Elektrik və elektronika mühəndisliyi” bölməsinin professoru Mehmet Fatih İşık mövzu ilə bağlı təqdimatla çıxış edib və iştirakçıların sualları cavablandırılıb.

Dərsdə, həmçinin fənnin sillabusunun təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Ustad dərs iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da cari tədris ili ərzində digər fənlər üzrə də tərəfdaş Türkiyə universitetlərinin dəstəyi ilə ustad dərslərin davam etdirilməsi nəzərdə tutulub. Əsas məqsəd universitetdə magistratura səviyyəsində tədrisin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də müvafiq ixtisaslar üzrə təhsil alanların və təhsil verənlərin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Ustad dərslərlə bağlı təşkilati işlərə Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaz koordinatorluq edir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678