Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xocalı faciəsi ilə bağlı dünyadan Azərbaycana başsağlığı – VİDEO

139 Baxış

Xocalı Soyqırımının 29-cu ildönümü münasibətilə İranın ölkəmizdəki səfirliyi başsağlığı verib. 

Səfirliyin rəsmi səhifəsində bildirilib ki, İran İslam Respublikası Xocalı faciəsinin azərbaycanlı mülki şəxslərin öldürülməsinin 29-cu il dönümündə bu cinayəti qınayır, dost və qardaş Azərbaycan hökuməti və xalqı ilə, xüsusən də bu faciənin qurbanları ilə həmdərd olduğunu elan edir. 

“29 il əvvəl Xocalıda ailələrini, yaxınlarını və evlərini itirənlərə dərin hüznlə başsağlığı verirəm”.

Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestuti Yankauskas deyib. 

Daha ətraflı Baku TV-nin süjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678