Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində “Mühasibat” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün açıq dərs keçirilmişdir

74 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində “Mühasibat” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün açıq dərs keçirilmişdir.

“Mühasibatda proqram təminatı” fənni universitetin magistratura səviyyəsində təhsil alan II kurs, İM22 saylı qrupun tələbəsi Tamara Namazovaya həvalə edilmişdir. Belə ki, tədris proqramına əsasən magistrantlar müxtəlif bakalavriat ixtisas qruplarında təhsil alan tələbələrə dərs keçməklə pedaqoji təcrübədən keçməli olurlar. Fənni əsasən tədris edən “İqtisadiyyat” kafedrasının müəllimi Arif Kələşov Tamara Namazovanı tələbələrə təqdim etdi. Fənn müəllimi Arif Kələşov sillabusda nəzərdə tutulduğu kimi tələbələrə keçiriləcək “Əmək haqqı və kadrların uçotu” adlanan mövzunu diqqətə çatdırdı.

Sonra Tamara Namazova mövzu haqqında geniş məlumat verdi, hazırlanan slaydları tələbələrə təqdim etdi. Tamara Namazova ilkin anlayış, konfiqurasiya bölməsində istifadəçi adı yaratmaq və ona parol qoymaq, müəssisə menyusundan təşkilatın və şöbələrinin yaradılması, məsul şəxsin seçilməsi, uçot siyasətinin və kontragetlərlə uçot hesabının qurulması, kontragent və nomeklatur qrupun yaradılması ona qiymət qoyulması və qiymətdə dəyişikliyin edilməsi, alqı və satqı işlərinin həyata keçirilməsi və digər məlumatları tələbələrin nəzərinə çatdırdı. Əsasən disskusiya və sual-cavab üzərində qurulan tədris prosesi tələbələr tərəfindən maraqla qarşılandı.

Qeyd edək ki, dərs prosesində İqtisadiyyat və idarəetmə fakültəsinin dekan əvəzi dos. Nüşabə Qədimli, Magistratura və Doktorantura Təhsil Mərkəzinin müdiri dos. Vəfa Məhərrəmova “İqtisadiyyat” kafedrasının müdir əvəzi b/m. Arif Tağıyev, fakültənin və kafedranın digər əməkdaşları iştirak ediblər. Tədris prosesi Tamara Namazovanın iştirakı ilə kafedrada geniş müzakirə edilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678