Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Təcili yardıma 7 dəfə zəng etdik…” – Bakıda uşaq 2-ci mərtəbədən yıxıldı (ŞOK İDDİA)

11 Baxış

Abşeron rayonunun Masazır qəsəbəsində təcili tibbi yardım balkondan yıxılan uşaq üçün edilən çağırışa gəlməyib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə ictimai fəal Nərmin Hüseynzadə paylaşım edib. O, saatlarla gözlədikdən sonra uşağı özləri xəstəxanaya apardıqlarını seyib:

“Dünən gecə qonşumun uşağı balkondan yıxıldı. Guppultuya qaçdım ki, uşaq yerdə qalıb, ana şokda özünü çırpır. İlk iş təcili yardıma zəng etdim. Bilin görək nə oldu? Gəlmədi. Düz 1.5 saat uşaq betonun üstündə qanının içində qaldı. 7 dəfə zəng etdim, dedi gələcək. Gəlmədi. Uşağın sınıq-sınıq olmuş qol-qıçını bir yerə toplayıb həyətdən tapdığımız taxtanın üstünə uzadıb, maşınla xəstəxanaya çatdırası olduq. Üstündən 3 saat keçəndən sonra, gecə yarısı bir xanım zəng edib mülayim səslə soruşdu ki, gələk, ehtiyac var? Dedim gəl, yata bilmirəm, gəl çay içək.
Dedim axı, uşaq 2 ci mərtəbədən yıxılıb, ayaqları sınıb, qan axır, özündə deyil. Necə gəlməyə bilər? Təcili yardım belə bir çağırışa necə gəlməyə bilər? Həyətimizə hərəyə bir dənə təcili yardım maşını alıb qoyaq ? Nə edək biz?”, -deyə o yazıb.

Şikayətçi uşağın reanimasiyada olduğunu deyib: “Semaşko”da müalicə alır, 1+ qana ehtiyac var. Hemoqlobini çox aşağıdır, hələ əməliyyata götürə bilmirlər”.

N.Hüseynzadə həmçinin iddia edib ki, hadisədən 3-4 saat sonra zəng edən həkim xanım “get kimə istəyirsən şikayət elə” cavabını verib.

Qeyd edək ki, sözügedən paylaşımla bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678